Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.
Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib. Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib.
Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.