Ses qazeti saytına istinadən Icma.az xəbər verir. 21 yanvar 2026-cı il tarixdə Kürdəmir şəhər Sadiq Əliheydərov adına 4 saylı tam orta məktə
Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər Sadiq Əliheydərov adına 4 saylı tam orta məktəbinin direktoru, “İ.Qayıbov küçəsi 17” ərazi partiya təşkilatının sədri Nüsrət Kərimov ərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi.
Daha sonra partiyanın cəmiyyətdəki rolundan, partiyanın VII qurultayndan sonra qarşıya qoyulan məsələlərdən, Azərbaycanın təbii sərvətlərinin insan kapitalına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində bir sıra dövlət proqramları icra olunmasından danışdı.
Bildirdi ki, yığıncağın məqsədi həm də rayonun orta ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri ilə sıx əlaqə yaratmaq, onların təklif, rəy və təşəbbüslərindən təhsil sahəsində həyata keçirilən islahatlar prosesində istifadə etmək, təhsil müəssisələrində vətənpərvərlik işinin mövcud vəziyyət və onun gücləndirilməsinin əsas istiqamətləri barədə tövsiyələr vermək olduğunu bildirib.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Bahar Baloğlanova, Zinyət Umudova, Mətanət Mahmudova Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə Azərbaycanın böyük və şərəfli inkişaf yolundan, möhtəşəm tarixi zəfərlər və uğurlar qazanmasından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən bəhs etdilər.
Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.