Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kürdəmirdə fərdi yaşayış evi yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.
Kənd sakini Rəşid Dadaşova məxsus birmərtəbəli ev yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb. Hadsə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürlüb və genişlənməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu