Kürdəmirdə hərəkət DAYANIB VİDEO

21.02.2025

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Kürdəmirdə axşamdan yağmağa başlayan güclü qar rayonun mərkəzi küçələrini iflic edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağan qarın əriməsi nəticəsində rayonun Babək prospekti, Şəhriyar və Xanlar küçələri, eləcə də H.Əliyev prospektində avtomobillərin və piyadaların hərəkətini məhdudlaşdırıb. 
Hazırda aidiyyatı qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirirlər.
Qeyd edək ki hazırda rayon ərazisində qar yağmaqda davam edir.

Bizim.Media, Aran bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью