Kürdəmirdə idarəetmədən çıxan “VAZ” ağaca çırpıldı VİDEO

08.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyunun 8-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-MG-417 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью