Kürdəmirdə iki maşın TOQQUŞDU: “FORD” “015”in üzərinə aşdı VİDEO

02.01.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Kürdəmirdə avtomobil qəzası baş verib.

Avtosfer.az-ın “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “FORD” markalı mikroavtobus Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn “VAZ 21015” markalı avtomaşınla toqquşub. Nəticədə hər iki avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobillər yararsız hala düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью