Kürdəmirdə maşın kanala aşıb, iki nəfər ölüb YENİLƏNİB

20.02.2025

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Kürdəmirdə avtomobilin kanala aşması nəticəsində iki nəfər ölüb.

APA xəbər verir ki, “Mitsubishi” markalı 90 NY 966 dövlət nömrə nişanlı avtomobildə olan Kürdəmir rayon sakinləri 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba və 1977-ci il təvəllüdlü Əhmədov Cabir Yolçu oğlu vəfat edib.

***
19:47

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax əsas magistral yolunun rayonun Şilyan kəndindən keçən hissəsində avtomobil kanala aşıb.

Ölənlərin olduğu bildirilir.

Hazırda aidiyyəti qurumlar hadisə yerindədirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью