Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə minik maşınında olan Fərahim Hüseynov, Şəhriyar Ağazadə, Elvüsal Mustafayev və daha bir nəfər ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.
Hadisə yerinə Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırılır.
///report///