Kürdəmirdə “Mercedes” “Muravey”ə çırpıldı; 6 nəfər xəsarət aldı FOTO

08.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kürdəmirdə ağır qəza baş verib, xəsarət alanlar var.

Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik maşını Ucar istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Muravey”ə çırpılıb.

Nəticədə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью