Kürdəmirdə “Mersedes” “Şevrolet” ilə toqquşdu

13.06.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki “Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub. 

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью