Kürdəmirdə mikroavtobus aşdı: 5 nəfər xəsarət aldı

20.11.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Lent.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı mikroavtobus  hərəkətdə olarkən idarəetməni itirərək aşıb.

Nəticədə 5 nəfər - Göyçay rayon sakinləri, 68 yaşlı Süleyman Rəhimov, 17 yaşlı Şəfa Bəkirov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakinləri, Dmitri Nubaxoviç və Nəzakət Məmmədova müxtəlif  xəsarətlər alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью