Kürdəmirdə “Prado” aşdı 4 nəfər xəsarət aldı KONKRET

01.02.2026

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza rayonun Atakişili kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Pərvanə Əliyeva, 2007-ci il təvəllüdlü Aytən Xasıyeva, 1960-cı il təvəllüdlü Təranə Xəlilova və 1985-ci il təvəllüdlü Vüqar Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью