Kürdəmirdə “Prius” aşdı: Xəsarət alan var FOTO

13.03.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Kürdəmir rayonunda “Toyota Prius” markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxaraq aşıb. 
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistralının rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. 
Hazırda fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью