Kürdəmirdə qadın qiyməkeşlə döyüldü Qəribə səbəb

13.08.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmir rayonunda 60 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Kürdəmir rayonunun kəndlərindən birində baş verib. 1966-cı il təvəllüdlü Kamran kənddə yerləşən yaşadıqları evdə arvadı Ülkər (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlindəki qiyməkeşlə bir dəfə arvadının baş nahiyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Kamranın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ülkər onun arvadıdır, münasibətləri həmişə yaxşı olub, aralarında heç bir narazılıqları olmayıb:
“Məlum hadisə günü, saat 15 radələrində spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə arvadımdan yemək istədim. Arvadım yemək verərkən sərxoş olduğum üçün mənə irad bildirdi. Həmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı spirtli içkinin təsiri altında olduğumdan həyətdə gördüyüm ət doğrayan qiyməkeşi ona atdım. Qiyməkeş arvadımın başına dəydi və ona xəsarət yetirdim”.
Təqsirləndirilən şəxs deyib ki, arvadına qarşı etdiyi əməldən özü də peşman olub, zərərçəkmiş şəxs də vəziyyəti başa düşərək onu bağışlayıb və barışıblar. O, əməlindən səmimi peşmançılıq keçirdiyini deyib, bir daha belə hərəkətləri təkrarlamayacağına söz verib.
Kürdəmir Rayon Məhkəməsinin hökmündə qeyd olunub ki, zərərçəkmişin təqsirləndirilən şəxslə barışması və onu bağışlaması əsas götürülüb.
Bu səbəbdən də onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib, o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью