Kürdəmirdə “Tofaş”la “Mercedes” toqquşdu VİDEO

23.11.2024

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza noyabrın 22-də səhər saatlarında baş verib.

Belə ki, A.Ələskərovun idarə etdiyi “Tofaş” markalı avtomobil, S.Dadaşovun idarə etdiyi “Mercedes Benz” markalı maşınla toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. 
Qeyd edək ki, faktla bağlı araşdırmalar aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью