Kürdəmirdə vətəndaş qəbulu keçiriləcək AZƏRTAC

17.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 17 yanvar, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yanvarın 24-ü, saat 11:00-da Kürdəmirdə vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul YAP-ın Kürdəmir rayonunda yerləşən inzibati binasında keçiriləcək.

Qəbulda Kürdəmir, Zərdab və Ucar rayon sakinlərinin müraciətlərinə baxılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью