Kürdəmirdə yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

06.04.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ağsu–Kürdəmir yolunun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, minik avtomobili Ağsu istiqamətində hərəkətdə olarkən qarşısında dönmə əməliyyatı edən yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sürücü və iki sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüblər. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью