Kürdəmirdə yol qəzası ölümlə nəticələnib AZƏRTAC

28.12.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kürdəmir, 28,dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Kürdəmirdə baş verən yol qəzasında ölən və yaralanan var.

AZƏRTAC xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomobil yolunda, rayonun Xırdapay kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə hərəkətdə olan yük və minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Onun sərnişini olan qardaşı müxtəlif dərəcəli ağır bədən xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью