Kürdəmirdə yük avtomobili minik maşını ilə toqquşdu, 4 nəfər xəsarət aldı

20.10.2026

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kürdəmirdə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistralının Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə Bərdə rayon sakinləri – 2001-ci il təvəllüdlü Şəhriyar Sevindik oğlu Ağazadə, 1990-cı il təvəllüdlü Elvüsal Əhməd oğlu Mustafayev, 1993-cü il təvəllüdlü Fərahim Eyvaz oğlu Hüseynov və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью