Kürdəmirdə zəncirvarı yol qəzası olub, xəsarət alanlar var

07.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Kürdəmirdə 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib.

"Unikal" xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Vaqif küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan dörd avtomobil eyni anda bir-biri ilə toqquşub.

Qəza zamanı avtomobillərə ciddi zərər dəyib. Xəsarət alan şəxslər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью