Kürdəmirdəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ

07.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kürdəmirdə baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bunlar 41 yaşlı Əlvan Cəfərov, 34 yaşlı Turan Mirzəyev, 2 yaşlı Nərmin Bədəlova, 33 yaşlı Əhməd Bədəlov, 3 yaşlı Səidə Bədəlova, 53 yaşlı Solmaz Rzayevadır.
Qeyd edək ki, Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində “Mercedes” markalı minik maşını Ucar istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Muravey”ə çırpılıb.
Nəticədə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью