Kürdəmirin yol problem: Təcili tibbi yardım gəlib çıxana kimi burada ölürük

09.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Kürdəmirin Təklə kəndinin sakinləri uzun illərdir ki, yolun yararsız vəziyyətdə olmasından əziyyət çəkirlər.

Ümumi uzunluğu 6 kilometr olan bu yoldan kəndin 500 nəfərə yaxın əhalisi mütəmadi olaraq istifadə edir.

Mövcud vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyən sakinlər şikayətlərinin cavabsız qaldığını bildirirlər.

"Gözümüzü açandan bu problemdən əziyyət çəkirik. Bu yaxınlarda halım pisləşdi, təcili tibbi yardım gəlib çıxana kimi burada ölürük", ‒ deyə sakin narazılığını dilə gətirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Kürdəmirin yol problem: "Təcili tibbi yardım gəlib çıxana kimi burada ölürük"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью