Kürdlər daha ABŞ ın müttəfiqi deyil, Suriya əsas məsələdir | Icma.az
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. “ABŞ hazırkı şərtlərdə kürdlər üçün ən uyğun şəraiti yaradıb.
Sadəcə kürdlər çox arxayın idilər. Elə bilirdilər ki, Amerika bunlara hər şey verəcək”.
AzPost bildirir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu Suriyanın şimal-şərqində baş verənləri şərh edərkən vurğulayıb.
Ekspertin sözlərinə görə, ABŞ hökuməti kürdlər və Dəməşq arasında saziş imzaladıb.
Sazişə əsasən kürdlər bəzi statuslar əldə etdilər: Kürd dili rəsmi dövlət dili oldu, kürd bayramları, Novruz rəsmi dövlət bayramı oldu.
Həmçinin kürdlər yaşayan vilayətlərdə dövlət məmurları kürd əsilli şəxslər olacaq, SDF Suriya ordusuna inteqrasiya ediləcəkdi: “Kürdlər isə buna etiraz etdilər.
Əvəzində yenə də Vaşinqtonun razılığı ilə Suriya ordusu Hasake ətrafına qədər irəlilədilər. Hazırda 4 günlük atəşkəs elan olunub”. K.
Rövşənoğlunun sözlərinə görə, 24 min İŞİD üzvü və ailələrinin saxlandığı əl-Holl düşərgəsi Suriya hökumətinin nəzarətinə keçib.
Tam oxu
Xəbəri oxu