Kürdlər razılaşdı Suriyada atəşkəs elan edildi | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriya prezidentinin administrasiyası Suriya Demokratik Qüvvələri (SDF) ilə Həsəkə vilayətinin gələcəyi ilə bağlı razılaşmanın əldə olunduğunu bəyan edib.
Modern.az xəbər verir ki, razılaşmaya əsasən, SDF tərəfi inteqrasiya ilə bağlı detallı planı təqdim etmək üçün dörd gün müddətində məsləhətləşmələr aparacaq.
Suriya hərbi qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə daxil olmayacaq, yalnız ətraf ərazilərdə mövqe tutacaq.
Kürd kəndlərində Suriya ordusunun hərbi mövcudluğu olmayacaq və təhlükəsizlik yerli qüvvələr tərəfindən təmin ediləcək.
Razılaşmaya əsasən, SDF-nin rəhbəri Mazlum Abdi müdafiə nazirinin müavini, Həsəkə qubernatoru və parlamentlə dövlət xidmətlərində təmsilçilik üçün namizədlər irəli sürəcək.
SDF-nin bütün hərbi və təhlükəsizlik strukturları Suriya Müdafiə və Daxili İşlər nazirliklərinə inteqrasiya ediləcək, mülki qurumlar isə dövlət strukturlarına birləşdiriləcək.
Həmçinin kürdlərin dil, mədəni və vətəndaş hüquqlarına dair 13 saylı fərmanın icrası nəzərdə tutulur.
Tam oxu
Xəbəri oxu