Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Süperliqasında çıxış edən "Amed SF" doğma azarkeşləri önündə "Eyüpspor"u qəbul edib.
“Yeni Sabah” xəbər verir ki, üstün oyun nümayiş etdirən meydan sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edərək böyük qələbəyə imza atıblar.
Matç boyunca hücumda olduqca effektli təsir bağışlayan Diyarbakır təmsilçisi rəqib qapısına vurulan 5 qolla 3 xalı rahatlıqla aktivinə yazdırıb. Bu zəfər sayəsində "Amed SF" Süper Liqadakı məğlubiyyətsizlik seriyasını 8 oyuna çatdıraraq mövsümdəki uğurlu gedişatını davam etdirib. pizza mizza
Ard-arda qazanılan xallarla diqqət çəkən komanda çempionatdakı mövqelərini daha da möhkəmləndirib və turnir cədvəlinin üst sıraları üçün iddiasını bir daha nümayiş etdirib.