Kürdlərin Suriya Demokratik Qüvvələri özünü buraxıb

26.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Məzlum Əbdi çərşənbə axşamı təşkilatın rəsmi olaraq ləğv olunduğunu elan edib.

Məlumatı “Euronews” yayıb. 

Dəməşqdəki prezident sarayında keçirilən mətbuat konfransında danışan Əbdi SDQ-nin Suriya ordusu ilə inteqrasiya prosesini başa vurduğunu və artıq müstəqil bir qüvvə kimi fəaliyyət göstərməyəcəyini açıqlayıb.

Kürdlərin rəhbərlik etdiyi qüvvələr yanvar ayında hökumətin keçirdiyi əməliyyat zamanı Suriyanın şimal-şərqindəki ərazilərin böyük bir hissəsini itirib və bundan sonra orduya daxil olmaq üçün müqavilə imzalayıblar.

SDQ ABŞ-ın Suriyadakı əsas tərəfdaşı idi. Lakin 2024-cü ilin dekabrında Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra Vaşinqton İslamçı silahlı qrupun keçmiş lideri, müvəqqəti dövlət başçısı Əhməd əş-Şaranın rəhbərlik etdiyi yeni Dəməşq hökuməti ilə sıx əlaqələr qurub.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью