Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da səhər Kuril adalarının Paramuşir adası yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 39 kilometr dərinlikdə olub.
Bölgədə sunami təhlükəsi elan edilməyib.