Kürşad Zorlu AKPyə keçir?

03.01.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin müxalifət partiyalarından olan İYİ Partiyadan istefa verən Kürşad Zorlu ilə bağlı sürpriz iddia yayılıb.

"Cebheinfo.az" xəbər verir ki, siyasi kulislərdə deputatın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qatılacağı deyilir.

"Serbesiyet" qəzetinin iddiasına əsasən, Kürşad Zorlunun İYİ Partiyadan istefa verib AKP-yə keçən 5-ci millət vəkili olması gözlənilir.

Qeyd edək ki, Kürşad Zorlu İYİ Partiyanın mətbuat katibi və deputatı idi. Onun istefasından sonra İYİ Partiyanın Türkiyə Böyük Millət Məclisindəki (TBMM) deputat sayı 29-a enib.

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью