Kursk Atom Elektrik Stansiyasında yanğın baş verib

24.08.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bu gün səhər saatlarında Ukraynanın hücumu nəticəsində Kursk Atom Elektrik Stansiyasında yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, pilotsuz uçuş aparatının (PUA) düşməsi və partlaması nəticəsində stansiyanın öz ehtiyacları üçün nəzərdə tutulmuş transformator zədələnib. 

Bu, üçüncü enerji blokunun yükünün 50% azalmasına səbəb olub. Yanğınsöndürənlər hadisə yerindəki lokal yanğını operativ şəkildə söndürüblər. 

Xəsarət alanların olmadığı qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью