Kursk bölgəsində yüzlərlə Şimali Koreya əsgəri ölüb və yaralanıb | Icma.az
Icma.az bildirir, Oxumeni.az portalına istinadən. Kursk bölgəsində yüzlərlə Şimali Koreya əsgəri ölüb və yaralanıb “Associated Press” və “Th
Bu, Rusiya tərəfində döyüşən KXDR kontingentinin itkiləri ilə bağlı ilk təxmindir.
“Associated Press” agentliyin həmsöhbəti ölənlərin dəqiq sayını açıqlamayıb, lakin Şimali Koreya qoşunları arasında döyüş təcrübəsinin olmaması səbəbindən əhəmiyyətli itkilər olduğunu qeyd edib.
ABŞ-ın məlumatına görə, Şimali Koreya piyadaları döyüşlərdə iştirak edir, həm rus bölmələri ilə birlikdə, həm də müstəqil şəkildə fəaliyyət göstərir.
Bundan əvvəl Pentaqon və Ağ Ev Şimali Koreya hərbçilərinin Kursk bölgəsində ilk döyüşlərdə itkiləri barədə məlumat versə də, təfərrüatları açıqlamamışdı.
“Associated Press” iddia edir ki, Rusiya Ukraynaya qarşı müharibədə hər gün 1200-ə qədər həlak olan və yaralanan insanı itirir, lakin indiyədək şəxsi heyətin itkisi kompensasiya edilib.
Oktyabr ayında ABŞ və Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 10-12 min Şimali Koreya hərbçisi Rusiyaya gəlib və Kursk bölgəsində yerləşdirilib.
Almaz Həsənli Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu