Kursk və Donetsk uğrunda döyüş: Rus ordusu irəliləyir

11.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Rus qoşunları eyni vaxtda Donetsk (Ukrayna) və Kursk (Rusiya) vilayətlərinin yeddi yaşayış məntəqəsi ərazisində irəliləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb.

Söhbət Donetskin Toretsk, Kuraxiv, Rozliv, Sontsivka, Puşkino və Şevçenko, eləcə də Kurskun Çerkas Konopelka kəndlərindən gedir.

Həmçinin Ukrayna qüvvələri yolun Kuraxiv istiqamətində, Kostyantinopolsk qəsəbəsi ətrafında rusların hücumunu dəf ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью