Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kim Çen In Rusiyanın Kursk vilayətində döyüşən Şimali Koreya (KXDR) hərbçilərinin şərəfinə ucaldılan heykəllərin hazırlanmasına şəxsən nəzarət edib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, heykəl Koreya Xalq Ordusunun döyüş ruhunu, hücum əzmini, cəbhə dostluğunu və vətənə olan alovlu sevgini daha canlı şəkildə simvolizə etməlidir.
Bundan əlavə, Kim Çen In Rusiya qoşunlarının tərəfində Kursk vilayətində gedən döyüşlərdə iştirak etmiş şimali koreyalı hərbçilərə mükafatlar təqdim edib.
The New York Times nəşrinin məlumatına görə, cəbhədə təxminən 5 min KXDR əsgəri döyüşüb, daha 10 min hərbçi isə Rusiyanın şərqində təlim keçir. Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.



Bizim.Media