Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kursk vilayətində on minlərlə ukraynalı hərbçi itkin düşmüş sayılır.
Axar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından olan mənbə məlumat verib.
Bildirilir ki, məhv edilmiş əsgərlərin meyitləri meşə zolaqlarında qalıb. Ukrayna ordusunun artilleriyasının çata bilmədiyi ərazilərdən cəsədlər Rusiya morqlarına evakuasiya olunur.
"Rusiya qüvvələri hazırda Sumi vilayətinin bir neçə yaşayış məntəqəsində düşmənin ehtiyatlarını atəşə tutur. Ən ağır itkilər isə gündəlik hücumların davam etdiyi Bassovka istiqamətində qeydə alınır", - məlumatda deyilir.