Kursk vilayətində Şimali Koreyanın neçə hərbçisi ÖLDÜRÜLÜB?

13.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu günə qədər Kursk vilayətində Şimali Koreya (KXDR) hərbi kontingentinin 300-ə yaxın əsgəri həlak olub. Bu, dekabrda qeydə alınandan 200 əsgər çoxdur.
Bizim.Media Yonhap nəşrinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Koreya Respublikasının (Cənubi Koreya) Milli Kəşfiyyat Xidməti yayıb.
Mənbə qeyd edir ki, döyüşlər zamanı Şimali Koreyanın 2700 hərbçisi yaralanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Cənubi Koreya kəşfiyyatı KXDR-in 100 əsgərinin həlak olduğunu və 1000-ə yaxın əsgərinin isə yaralandığını bildirmişdi.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью