Kurskda 200 kq lıq PUA vuruldu VİDEO

16.04.2025

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Rusiya mediasının yaydığı məlumata görə, döyüşçülər Ukrayna Silahlı Qüvvələrinin (VSU) “Lyutıy” silahını məhv ediblər.
"Lyutıy" fiberqlasdan hazırlanmış 200 kiloqramlıq nəhəng Pilotsu Uçuş Aparatıdır (PUA). O, 50 kq-lıq yüksək partlayıcı gücünə malik döyüş başlığını daşımaq iqtidarındadır”, - məlumatda deyilir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью