Kurskda çox sayda hərbçi mühasirəyə düşdü

19.03.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Rusiya ordusunun düşməndən böyük ölçüdə təmizlədiyi Kursk vilayətində çoxlu sayda əcnəbi zabit və snayper mühasirədədir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya ordusundakı hərbçilər məlumat verib. Açıqlamada deyilir ki, Kursk vilayətində çoxlu sayda zabit və xarici ölkələrdən gələn snayperlərdən ibarət qrup var. Qrupun daha çox ingiliscə danışan muzdlulardan ibarət olduğu bildirilib.

Qeyd edək ki, Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı hücuma başlayıb. Bunun ardınca Rusiya Prezidenti Vladimir Putin regiona səfərə getmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью