Kurskda öldürülən muzdluların sayı açıqlandı

15.04.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu barədə “İdi i smotri” Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, Ukraynanın Rusiyada işğal əməlliyyatları başlayandan bəri müxtəlif ölkələrdən ümumilikdə 4781 əsgər həlak olub. Öldürülən muzdluların çoxu Polşadan olub - 1963 nəfər. 1230 gürcü muzdlu, Kolumbiyadan isə 917 döyüşçü məhv edilib.
Ukraynada amerikalı döyüşçü öldürülüb Bundan əlavə, Kursk vilayətində Fransa, Almaniya və Böyük Britaniyadan olan muzdlular da öldürülüb-müvafiq olaraq 208, 197 və 156 döyüşçü. Siyahıya ABŞ (89), Avstraliya (17) və Yaponiyadan (4) hərbçilər də daxil edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью