Kurskda Şimali Koreyanın 300 hərbçisi ölüb, 2700ü yaralanıb Kəşfiyyat AzPolitika onlayn siyasiictimai qəzet

13.01.2025

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İndiyədək Rusiyanın Kursk vilayətində Şimali Koreyanın 300 nəfər hərbçisi ölüb, 2700 nəfəri isə yaralanıb.

APA-nın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumatı Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti yayıb.

Bildirilib ki, bu yüksək göstəricinin səbəbi ölkənin ordusunun müasir müharibə texnologiyasından anlayışı olmaması, eləcə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə edə bilməməsidir.

Kəşfiyyat məlumatlarına əsasən, Koreya Xalq Demokratik Respublikasından olan komandirlər hərbçilərə əsir düşməmək üçün intihar etmək əmrini verib.

Aralarında kəşfiyyatçıların da olduğu əsirlər isə ölkələrinə göndərilməkdən imtina ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью