Kurskun 86 faizi rusların nəzarətindədir

13.03.2025

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin 1.100 kv/km-dən çox ərazisini nəzarətə götürüb.
Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.
Məlumatda deyilir ki, əvvəllər Ukrayna SQ-nin nəzarətində olmuş ərazinin 86 faizi azad edilib.
“Kursk əməliyyatında qarşı tərəf 67 mindən çox hərbi qulluqçusunu itirib. Bu müddət ərzində ümumilikdə 7000-ə yaxın hərbi texnika məhv edilib. Bunlar: 391 tank, 2780 zirehli döyüş maşını, 1000-dən çox artilleriya qurğusu və minaatanlardır”, - məlumatda bildirilir.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью