Kurskun mərkəzində güclü PARTLAYIŞ

07.07.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Kursk şəhərinin mərkəzində çoxmərtəbəli binada məişət qazının sızması nəticəsində partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə özünün teleqram- kanalında Rusiya regionunun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn məlumat verib .

"İlkin məlumata görə, bir nəfər xəsarət alıb. 24 yaşlı oğlan səthi yanıqlar alıb və hazırda xəstəxanaya aparılır", - o yazıb.

Partlayış nəticəsində evin divarının bir hissəsi və eyvan dağılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Xinşteyn bildirib ki, partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb.

Aqil

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью