Kurtlar Vadisi geri dönür

11.11.2026

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə Cərrahpaşalı Xalid (Halit) obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cərrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

Milli.Az Nocomment.az-a istinadən xəbər verir ki, güc, sədaqət və xəyanətin mərkəzdə dayandığı filmin əsas rollarını Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümid Acar, Ərdəm Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gənctürk və Ərhan Çircioğlu kimi tanınmış aktyorlar bölüşürlər.

Müxtəlif nəsillərin istedadlı simalarını bir araya gətirən güclü aktyor heyəti layihənin köhnə serialın atmosferini yenidən canlandıracağına işarə edir.

Yeni ekran əsərinin ən diqqətçəkən məqamlarından biri də yüksək səviyyəli texniki təminat və döyüş səhnələridir. Bildirilir ki, filmdəki gərgin toqquşma və döyüş səhnələrinin unikal şəkildə lentə alınması üçün ABŞ-dan xüsusi peşəkar heyət dəvət olunub. Yüksək templi səhnələr və xüsusi effektlərlə zənginləşdirilən film sinemaseverlərə unudulmaz təəssürat bəxş etməyi hədəfləyir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью