Kurtlar vadisi nin aktrisası qızı ilə metroda (Video)

26.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Türkiyəli aparıcı və müğənni Defne Samyeli qızı Derin Talu ilə İstanbul metrosunda kameralara tuş gəlib.

Milli.Az xəbər verir ki, ana və qız bu dəfə şəxsi avtomobillərindən istifadə etmək əvəzinə ictimai nəqliyyatla hərəkət etməyə üstünlük veriblər.

Həmin anları lentə alan Derin Talu görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, videoya "Ahh İstanbul" qeydini əlavə edib, paylaşımın açıqlamasında isə "Londra olsa, bəyənərsiniz" sözlərini yazıb.

Derin Talunun bu paylaşımı sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью