Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
"Yeşilçam"ın aktyoru Mehmet Uğur xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, aktyor ürək və ayaq damarlarının tıxanması səbəbindən reanimasiyaya yerləşdirilib.
M.Uğurun qızı Çiçək Uğur atasının səhhəti ilə bağlı açıqlama verib:
"Atam angioplastika əməliyyatı edilib. Həkimlər damarları açmağa çalışır. Atamın ayaq barmaqları kəsiləcək. Qorxuruq ki, topuğa qədər kəsəcəklər. Bayramdan sonra əməliyyat keçiriləcək".
Qeyd edək ki, M.Uğur "Kurtlar Vadisi", "Kırmızıgül", "Yabancı damat", "Arka sokaklar" kimi layihələrdə də rol alıb.