Kurtlar vadisi və Cefri Epşteyn

02.02.2026

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Bu mövzu son illərdə populyar mədəniyyətlə konspiroloji düşüncənin necə bir-birinə qarışdığını göstərən tipik nümunələrdən biridir.

2007–2016-cı illərdə yayımlanan və seriyanın üçüncü hissəsi olan “Kurtlar Vadisi Pusu”nun 9-cu sezon, 254-cü bölümündəki səhnə xüsusilə diqqət çəkir. Həmin səhnədə “Yüce Majeste” adlı simvolik fiqur qaçırılan uşaqların qanından istifadə edərək öz ömrünü uzadır. Serial bunu gerçək bir hadisə kimi yox, alleqorik və metaforik dildə təqdim edir: Hakim-i Mütləqin hakimiyyəti, güc və ömrünu uzatmaq istəyi insan həyatının hesabına başa gəlir.

İllər sonra bu səhnə Cefri Epşteyn ətrafında baş verənlərlə əlaqələndirilməyə başladı. Xüsusən də Epşteyn özəl adası, elit fiqurlar, çocuq istismarı və “adrenokrom” kimi elmi cəhətdən sübutsuz iddialar bir araya gətirilərək belə bir fikir irəli sürüldü ki, guya qlobal elitalar gənclərin qanı və ya maddələri hesabına ömürlərini uzadırlar.


Burada bir həqiqəti ayırd etmək lazımdır. Belə ki, Epşteyn işi real, sübut olunmuş cinayətlərdir – insan alveri, azyaşlıların seks-istismarı, şantaj. Adrenokrom və “qanla cavanlaşma” isə daha çox konspiroloji və populyar mədəniyyət məhsuludur.

Zənnimcə, "Kurtlar Vadisi" bu mövzudan daha çox gücün qaranlıq mahiyyətini göstərmək üçün istifadə edib. Serialda verilən mesaj sadədir: hakimiyyət özünü qorumaq üçün həmişə başqalarının həyatını qurban verməyə hazırdır. Epşteynlə bağlı son iddialar isə bu simvolik səhnənin illər sonra “kehanət” kimi oxunmasına səbəb olub.

Başqa sözlə, burada məsələ serialın gələcəkdən xəbər verməsi yox, cəmiyyətin həmişə eyni qorxuları yaşamasıdır: gizli elitalar, toxunulmaz güclər və cəzasızlıq. "Kurtlar Vadisi" bunu bədii dillə demişdi, Epşteyn dosyesi isə bu qorxuların real cinayətlərlə necə qidalandığını göstərdi…

"Yüce Majeste" – "Kurtlar Vadisi Pusu" teleserialında (247-254-cü bölümlər) Kayhan Yıldızoğlu tərəfindən canlandırılan bir obraz. Serialda o, Tampliyerlərin (Tapınakçılar) ali lideridir. Polat və Cahit basqın edərək onu qaldığı xəstəxanada öldürürlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью