Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Arka Sokaklar” serialında Vedat Müdür obrazı ilə tanınan aktyor Murat Ormiyakın hazırki halı fanatlarını məyus edib.
KONKRET.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan aktyor hazırda İstanbulun Taksim bölgəsində qocalar evində yaşayır. Murat Ormiyak açıqlamasında qocalar evində yaşadığını təsdiqləyib.
Aktyor bildirib ki, bu vəziyyət onu xoşbəxt etmir və sənətdən kənarda qalmaq psixoloji baxımdan da çətinlik yaradır. Onun sözlərinə görə, maddi və sosial səbəblər bu addımı atmağa məcbur edib.
Qeyd edək ki, Murat Ormiyak “Kurtlar Vadisi Pusu” serialında dərzi obrazını da canlandırıb.\\Demokrat.az