Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Kurtlar Vadisi"ndə Ömər baba obrazının canlandıran aktyor Emin Olcay serialın baş rol ifaçısı Necati Şaşmaz və prodüseri Raci Şaşmaz haqqında sərt çıxış edib.
Yenisabah.az gtz-yə istinadla xəbər verir ki, o, "Kurtlar Vadisi"nin yenidən çəkilsəydi, rol alardınızmı” sualını mənfi cavablandırıb:
“Necati Şaşmaz və Raci Şaşmazdan güclə qurtuldum, onlar vədlərini yerinə yetirmədilər. Zərərə düşdüm, bir daha o serialda çəkilmək istəmirəm. Necati Şaşmaz və Raci Şaşmaz sözünün üstündə durmayan insanlardır. Onlar kimin övladı, kimin nəvələri olduğunu unutdular. Allah hidayət etsin". pizza hut