Kurtua ağzını yummalıdır Atletiko Madrid in prezidenti

17.03.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Atletiko Madrid"in prezidenti Enrike Serezo "Real Madrid"in qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonrakı açıqlamasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerinin dediklərini belə təqdim edib:

"Tibo Kurtua ağzını yummalıdır. O, "Atletiko"da oynadığına görə minnətdar olmalıdır. O, əla qapıçıdır, amma bizim kimi centlmen olmalıdır".

Qeyd edək ki, Kurtua "Atletiko"nun futbolçularını "Real"la ÇL oyununda daim hakimin hərəkətindən narazı qalmaqda ittiham edib.

“Real” ilə “Atletiko” arasında baş tutan iki oyunun yekun hesabı 2:2 nəticələnib. Penaltilər seriyasında "Real" 4:3 hesabı ilə qalib gəlib. 

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью