Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Kurtua "El-Klassiko"ya hazırlaşır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Real"ın qapıçısı Tibo Kurtuanın "El Klasiko"da iştirak edib-etməyəcəyi məlum olub.
QOL.az xəbər verir ki, İspaniyanın "Marca" nəşrinin yaydığı məlumata görə, belçikalı qolkiper tezliklə komanda ilə məşqlərə qoşulacaq. Klub onun səhhəti ilə bağlı riskə getmək istəmir və qapıçının qayıdışını "El Klasiko" matçına planlaşdırır.
Beləliklə, bərpa prosesində problemlər yaranmasa, Kurtua mayın 10-da "Kamp Nou"da "Barselona"ya qarşı keçiriləcək matçda meydana çıxacaq.
Xatırladaq ki, təcrübəli qapıçı mart ayından bəri "Real"ın heyətində oynamır.