Kurtua milli komandadan gedir

09.07.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real"ın və Belçika yığmasının qapıçısı Tibo Kurtua DÇ-2026-dan sonra milli komandadakı karyerasını başa vura biləcəyini təsdiqləyib.

Sportal.az xəbər verir ki, 34 yaşlı qolkiper millidən getmək ehtinalının yüksək olduğunu bildirib:

​"Getmək ehtimalım qalmaqdan daha yüksəkdir. Biz çox xoşbəxt anlar yaşamışıq. Lakin sırf fiziki səbəblərdən bu şəkildə davam edə biləcəyimi düşünmürəm".

​Kurtua 2011-ci ildən Belçika millisində çıxış edir. Qolkiper bu müddət ərzində 114 oyun keçirib və onlardan 57-də qapısını toxunulmaz saxlaya bilib.

Qeyd edək ki, Belçika seçməsi DÇ-2026-nın 1/4 final məörhələsində İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью