Kurtua millidə birinci qapıçı olmayacaq

09.09.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belçika millisinin və “Real”ın qapıçısı Tibo Kurtua Millətlər Liqasının bütün kampaniyasını buraxacaq.

İdman.Biz xəbər verir ki, 34 yaşlı qolkiper bu qərarı yığmanın baş məşqçisi Mark van Bommel ilə görüşdən sonra verib.

Kurtua bildirib ki, dünya çempionatından sonra özünə əlavə istirahət vermək üçün Millətlər Liqasında iştirak etməməyin daha düzgün olacağını düşünüb. Van Bommel bununla bağlı futbolçu ilə görüşmək üçün Madridə gedib.

“Mən Millətlər Liqasının bütün kampaniyasında Belçika millisində oynamamaq qərarı vermişəm. Yalnız baş məşqçi zədələrə görə çətin vəziyyətdə qalsa, istisna olaraq çağırıla bilərəm”, - deyə Kurtua bildirib.

Qapıçı vurğulayıb ki, bu qərar onun milli komandadakı karyerasını bitirməsi demək deyil. O, Avropa çempionatının seçmə mərhələsində yenidən yığmanın sərəncamında olacağını söyləyib.

Kurtuanın sözlərinə görə, Van Bommel ona geri qayıdacağı zaman əsas heyətdə yerinin təmin olunmayacağını da deyib.

“Millətlər Liqasında oynayan qapıçı özünü yaxşı göstərsə, Van Bommel onunla davam edə bilər. Mən isə yerim uğrunda mübarizə aparmağa hazıram və yenidən birinci qapıçı olduğumu sübut etmək istəyirəm”, - deyə futbolçu əlavə edib.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью